Saxir Qran Prisi: Sıralanma turu

Çempionatın təşkilatçıları bu il sonradan tərtib olunmuş təqvimə Bəhreyndə ənənəvi konfiqurasiyadan fərqli, ovala bənzər yeni kondiqurasiyada ikinci yarışı daxil edərək maraqlı qərar qəbul etmişdilər.

F-1.az xatırladır ki, bu dəfə sürücülər 1 həftə əvvəlindən tamamilə fərqli olan sazlanmalara köklənməli olublar və qısa konfiqurasiya olduqca maraqlı mübarizə vəd edib.

Cümə günü baş tutan hər iki sərbəst yürüşün qalibi koronavirusa yoluxmuş Lyuis Həmiltonu Mercedes-də əvəz edən Corc Rassell olub. Bugünkü məşqlərdə isə protokollara Maks Ferstappen başçılıq edib.

Pirelli keçən həftə olduğu kimi, bu dəfə də C2, C3 və C4 tərkiblərini komandaların ixtiyarına verib. Tras qısa olduğundan, Soft təkərlər resursunu keçən həftəki qədər tez tükətməyib.

İlk Sessiyada Sayns ilk cəhdinə Hard təkərlərlə çıxıb, Kvyat, Bottas və Rassell Medium təkərləri, yerdə qalan sürücülər isə Soft təkərləri seçiblər. Lakin sonra bütün sürücülər ən yumşaq tərkiblərlə mübarizəni davam etdiriblər. Tras qısa olduğundan, sıralanma turundan əvvəl sürücülər brifinqdə bir-birilərinə qarşı necə davranacaqları və mane olmayacaqları barədə razılığa gəliblər.Bottas ən yaxşı nəticəni göstərib – 0:53.904. Fittipaldi, Rəykkönen, Eytken, Latifi və Maqnussen mübarizəni ilk dayandıran sürücülər olublar.

İkinci sessiyada Bottas, Rassell, Lekler, Fettel, Ferstappen, Okon və Rikkardo Medium təkərlərlə trasa çıxıblar, digərləri isə Soft təkərlərə üstünlük veriblər. İkinci cəhdlərdə isə Mercedes sürücülərindən başqa hamı Soft-lara keçib. Bu dəfə Ferstappen hamıdan sürətli olub – 0:53.647. Norris, Covinatsi, Fettel, Elbon və Okon üçün mübarizə başa çatıb.

Son sessiyada AlphaTauri sürücüləri ilk cəhdlərinə Medium təkərlərlə çıxıblar, digər 8 nəfər isə ən sürətli təkərlərə üstünlük verib. Ferstappen ilk cəhddə hamıdan üstün olub, lakin Ferrari ilə fantastik dövrə vuran Lekler onda cəmi 0.22 saniyə uduzub, lakin yeni yumşaq təkəri qalmadığından, ikinci cəhdinə çıxmayıb. Bottas 0:53.377-lik nəticə ilə protokollara başçılıq edib. İkinci cəhdində nəticəsini yaxşılaşdıra bilməsə də, rəqibləri də buna nail olmayıblar.

Beləliklə, Valtteri Bottas mövsümdə 5-ci, karyerasında isə 16-cı poulunu əldə edib. Komandada debüt edən Corc Rassell ikinci nəticəni göstərib və sabah yarışa Valtterinin yanında, ilk cərgədən başlayacaq. İkinci cərgəni Maks Ferstappen və Corc Rassell, üçüncü cərgəni isə Serxio Peres və Daniil Kvyat zəbt ediblər.

Sabah saat 19:10-da bizi sürprizlərlə dolu olduqca maraqlı yarış gözləyir…

Yer N Sürücü Komanda 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya
Yer Zaman Dövrə Yer Zaman Dövrə Zaman Dövrə
1 77 Valtteri Bottas Mercedes AMG 1 0:53.904 8 3 0:53.803 7 0:53.377 9
2 63 Corc Rassell Mercedes AMG 3 0:54.160 9 5 0:53.819 7 0:53.403 9
3 33 Maks Ferstappen Red Bull 2 0:54.037 3 1 0:53.647 8 0:53.433 6
4 16 Şarl Lekler Ferrari 7 0:54.249 9 6 0:53.825 9 0:53.613 3
5 11 Serxio Peres Racing Point 6 0:54.236 6 2 0:53.787 5 0:53.790 6
6 26 Daniil Kvyat AlphaTauri 10 0:54.346 11 8 0:53.856 10 0:53.906 5
7 3 Daniel Rikkardo Renault 11 0:54.388 3 9 0:53.871 6 0:53.957 6
8 55 Karlos Sayns McLaren 12 0:54.450 6 4 0:53.818 8 0:54.010 6
9 10 Pyer Qasli AlphaTauri 5 0:54.207 10 10 0:53.941 9 0:54.154 9
10 18 Ləns Stroll Racing Point 14 0:54.595 7 7 0:53.840 6 0:54.200 6
11 31 Esteban Okon Renault 9 0:54.309 7 11 0:53.995 6
12 23 Aleksander Elbon Red Bull 15 0:54.620 6 12 0:54.026 6
13 5 Sebastyan Fettel Ferrari 8 0:54.301 9 13 0:54.175 8
14 99 Antonio Covinatsi Alfa Romeo 13 0:54.523 8 14 0:54.377 6
15 4 Lanso Norris McLaren 4 0:54.194 9 15 0:54.693 6
16 20 Kevin Maqnussen Haas 16 0:54.705 9
17 6 Nikolas Latifi Williams 17 0:54.796 11
18 89 Cek Eytken Williams 18 0:54.892 9
19 7 Kimi Rəykkönen Alfa Romeo 19 0:54.963 10
20 51 Pyetro Fittipaldi Haas 20 0:55.426 11
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*