Saxir Qran Prisi: İkinci sərbəst yürüşlər

Komandalar ilk məşqlərdə yenilikləri sınaqdan keçirmişdilər, bu dəfə isə təkərlərin səmərəliliyini yoxlamağa kökləniblər. Çünki ikinci məşqlər sıralanma turu və yarışla eyni saatlarda baş tutur.

F-1.az bildirir ki, nəticələr sıx olsa da, bu məşq üçün seçilən proqramlar bir o qədər də intensiv olmayıb. Fettel iki dəfə yerində fırlanıb, lakin yoluna davam edə bilib. Lekler isə 17-ci dəqiqədə porebriklərə hücumdan sonra maşın güc itirdiyi üçün boksa gəlib və daha trasa qayıtmayıb.

Norris maşını zədələyərək boksa gəlib, lakin tezliklə proqramını davam etdirib. Bottas isə bir neçə dəfə əyləclərdən çox sərt istifadə edib. Bir neçə sürücünün nəticələri 8-ci döngədə yoldan tam çıxdıqları üçün ləğv edilib.

Protokollara bu dəfə də Corc Rassell başçılıq edib – 0.054.713. Məşqlər sabah davam edəcək…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 63 Corc Rassell Williams AMG 0:54.713 48
2 33 Maks Ferstappen Red Bull 0:54.841 + 0:00.128 43
3 11 Serxio Peres Racing Point 0:54.866 + 0:00.153 52
4 31 Esteban Okon Renault 0:54.940 + 0:00.227 50
5 23 Aleksander Elbon Red Bull 0:55.036 + 0:00.323 42
6 26 Daniil Kvyat AlphaTauri 0:55.068 + 0:00.355 58
7 18 Ləns Stroll Racing Point 0:55.104 + 0:00.391 44
8 3 Daniel Rikkardo Renault 0:55.124 + 0:00.411 47
9 10 Pyer Qasli AlphaTauri 0:55.133 + 0:00.420 48
10 55 Karlos Sayns McLaren 0:55.258 + 0:00.545 39
11 77 Valtteri Bottas Mercedes AMG 0:55.321 + 0:00.608 52
12 7 Kimi Rəykkönen Alfa Romeo 0:55.484 + 0:00.771 54
13 99 Antonio Covinatsi Alfa Romeo 0:55.533 + 0:00.820 57
14 20 Kevin Maqnussen Haas 0:55.738 + 0:01.025 49
15 6 Nikolas Latifi Williams 0:55.784 + 0:01.071 52
16 5 Sebastyan Fettel Ferrari 0:55.830 + 0:01.117 43
17 4 Lando Norris McLaren 0:56.031 + 0:01.318 14
18 51 Pyetro Fittipaldi Haas 0:56.110 + 0:01.397 56
19 89 Cek Eytken Williams 0:56.260 + 0:01.547 58
20 16 Şarl Lekler Ferrari 2
, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*