F-1.az bildirir ki, hər yarış üçün bir qayda olaraq, qələbəyə ən ideal namizəd hesab edilən Lyuis Həmilton koronavirus testinin cavabı pozitiv çıxdığı üçün bu dəfəki yarışı buraxmalı olacaq, buna görə də, estafet Maks Ferstappenə ötürülüb. Baxmayaraq ki, yarış fərqli, Mercedes-ə çox uyğun olan, tamamilə düzlüklərdən ibarət olacaq konfiqurasiyada baş tutacaq, onun şansları Valtteri Bottasdan daha çox qiymətləndirilir.
Mercedes-də Lyuisi əvəzləyəcək Corc Rassellə verilən əmsal da pis deyil. Bukmeykerlər daha bir neçə sürücünün əmsalını müəyyən qədər fərqləndirmiş olsa da, bu üçlükdən başqa sürücünün qalib gələcəyinə inam çox azdır…
Bəhreyn Qran Prisində qələbə | |
Maks Ferstappen | 2.40 |
Valtteri Bottas | 3.00 |
Corc Rassell | 3.50 |
Serxio Peres | 26.00 |
Aleksander Elbon | 29.00 |
Daniel Rikkardo | 34.00 |