Saxir, 11 fevral

Bu il çempionat iştirakçılarının hava sarıdan bəxtləri heç gətirmir. Yanvar ayında Potimao və Mücello testlərində yağışlar testlərə mane olmuşdu və […]

Bu il çempionat iştirakçılarının hava sarıdan bəxtləri heç gətirmir. Yanvar ayında Potimao və Mücello testlərində yağışlar testlərə mane olmuşdu və 3 komanda Avropanı tərk edərək növbəti testləri isti Bəhreyndə keçirməyi qərara almışdı, amma Saxir trasında dünən testlərə səhərki duamn mane olmuşdu, bu gün isə avtodromun üzərindən güclü qum fırtınası keçib…

Səhər tesdən güclü küləyin əsməsinə baxmayaraq Ferrari, BMW Sauber və Toyota-nın yeni maşınalrı trasa çıxıblar, amma saat yarımdan sonra hava pisləşdiyindən avtodrom bağlanıb – tibb helikopterin göyə qalxması mümkün olmayıb. Komandalar havanın yaxşılaşmasına ümid etsələr də vəziyyət dəyişməyib.

Testlərin dayandırılmasına kimi Felipe Massa 17 dövrə vuraraq protokollarda ilk sətri tutub, sabah braziliyalı sürücünü Kimi Rəykkönen əvəz edəcək. İkinci sətri tutmuş Robert Kubitsa isə sabah da işini davam etdirəcək. Üçüncü olmauş Timo Qlok isə yerini Yarno Trulliyə verəcək.

Nəticələr belə olub:

Pilot Komanda Motor Vaxt Dövrə
1. F.Massa Ferrari Ferrari 1:33.639 17
2. R.Kubitsa BMW Sauber BMW + 0:00.759 22
3. T.Qlok Toyota Toyota + 0:01.263 14

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*