Sauber yeni mühəndislə müqavilə bağlayıb

Sauber komandası Jan Monşonu baş aerodinamikaçı təyin edib.

F-1.az xatırladır ki, Monşo 2002-2009-cu illərdə Toyota-da işləmiş və 2010-cu ildə Ferrari-yə keçmişdi. Fransalı mühəndis Ferrari-dən ayrıldıqdan sonra 2013-cü ildə Audi-yə transfer olunmuşdu. Jan son 5 ildə Audi Sport-un baş mühəndisi və aerodinamika şöbəsinin müdiri vəzifəsini icra etmişdi. Beləliklə, Sauber komandası Yorq Tsanderdən sonra Audi-nin başqa bir işçisini də transfer edib. Monşo tezliklə yeni işinə başlayacaq.

Yorq Tsander: “Jan Monşonun komandaya qoşulmasını səbirsizliklə gözləyirəm. Bu müqavilə hesabına qarşımıza qoyduğumuz məqsədlərə asanlıqla çata bilərik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*