Sauber yeni komandanın adını təsdiqləyib

Sauber komandası əvvəlki titul sponsoru Alfa Romeo qarşısında öhdəliklərini yerinə yetirdikdən sonra yeni ilin ilk günündə komandanın yeni adını təsdiqləyib.

F-1.az xəbər verir ki,2024-cü və 2025-ci il mövsümləri üçün eksklüziv titul tərəfdaşı məşhur mərc, əyləncə və həyat tərzi brendi Stake şirkəti olacaq. Komanda isə bu gündən Stake F1 Team adlanacaq.

Bundan əlavə, Stake komandanın yeni brendinqini əks etdirən @stakef1team adı altında komandanın sosial media idarəçiliyini öz üzərinə götürəcək.

Alessandro Alunni Bravi, komandanın nümayəndəsi: “Ötən mövsüm Stake-in Formula 1-də səyahətinin başlanğıcı oldu və brendin titul tərəfdaşı kimi yeni rolu bu səyahətdə növbəti addımdır.

Stake öz icmasını gücləndirmək üçün Formula1-in artan fanat bazasından uğurla yararlanmaqla yanaşı, həm də idmanı tamamilə yeni auditoriyaya təqdim etdi ki, bu da təkcə bizim komandamıza deyil, Formula1-in qalan hissəsinə də fayda verəcək”.

Edvard Kreyven, Stake-in həmtəsisçisi: “Biz Formula1-in yeni mövsümünə cəsarətli Stake F1 Team adı ilə başlamaqla komandaya yeni parlaq imic gətirməkdən məmnunuq. Sürət, yenilik və sərhədləri genişləndirmək ehtirası komandanı 2024-cü ildə və ondan sonra görünməmiş zirvələrə qaldırmaq üçün ideal imkanlar verir.

Qarşıda bizi bir neçə fantastik hadisələrlə birlikdə maraqlı macəra gözləyir, ona görə də hazır olun və bizi izləyin, çünki Stake F1 komandası həyəcanlı gələcəyə doğru sürətlənir!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*