Sauber: “Yeni bolidimizin gecikməsi bizə təsir etməyəcək”

Sauber komandasının texniki direktoru Mark Smit düşünür ki, komandanın ilk qış testlərinə 2015-ci ilin bolidini gətirməsi onlara pis təsir etməyəcək...

F-1.az xatırladır ki, Sauber komandası ilk testlərdə 2015-ci ilin bolidi ilə çıxış edib. İsveçrəlilər ikinci testlərə 2016-cı ilin bolidi C35 ilə gələcəklər.

Mark Smit bu barədə açıqlama verib: “Mən düşünürəm ki, bu qərar bizə çox zərər verməyəcək.

Buna görə məyus olmaqdansa, bütün gücümüzü 2016-cı il bolidinə veririk. Yeni boliddə əksər detalları dəyişdirmək qərarına gəldik. Yeni bolidlə testlərdə yaxşı çıxış etsək, məmnun olarıq.

Əslində yeni bolidi ilk testlərə çatdıra bilərdik, amma onda bəzi detallar ideal işləməzdi. İndiyə kimi yaxşı məlumatlar əldə etmişik və düşünürük ki, bu məlumatlar yeni bolidimizdə bizə kömək edəcək”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*