Sauber Y.Tsander ilə müqavilə bağlayıb

2015-ci ildən bəri Audi-nin texniki direktoru vəzifəsində işləyən Yorq Tsander Sauber komandasının yeni texniki direktoru olacaq.

F-1.az Auto Motor und Sport-a istinadən bildirir ki, Sauber komandas Mark Smitin əvəzinə texniki direktor axtarırdı və isveçrəlilər Yor Zander ilə müqavilə imzalayıblar. 52 yaşlı mühəndis gələn ildən etibarən komandanın yeni mühəndisləri Xevi Puxolar və Rud Buskomb ilə işləyəcək.

Xatırladaq ki, Tsander daha əvvəl Toyota, BAR Honda, Williams və BMW Sauber komandalarında işləyib. Almaniyalı mütəxəssis son olaraq Brawn GP komandasında işləyib və daha sonra İsveçrədə şəxsi mühəndislik şirkəti – JZ Engineering-i qurub.

Bundan başqa Zander 2011-ci ildə HRT komandası ilə danışıqlar aparsa da, sonda nəticəsiz qalmışdı…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*