Sauber və Haas yeni mühərriyə keçiblər

Ferrari mühərriyindən istifadə edən Haas və Sauber komandalarının sürücüləri Monako Qran Prisində gözlənilmədən yeni daxiliyanma mühərriyinə keçiblər.

F-1.az bildirir ki, bütün komandaların Kanadada yeni mühərriyə keçəcəyi gözlənilirdi. Amma Ferrari gözlənilmədən Monakoda müştəri komandaları olan Sauber və Haas-ı yeni mühərriyə keçirib. Açıqlamaya əsasən, sürücülər yeni daxiliyanma mühərriyindən əlavə yeni turbin və MGU-H generatoruna keçiblər. Hər iki komanda güc qurğusunun digər elementlərində dəyişiklik etməyib.

Bundan başqa Maks Ferstappen yeni MGU-K generatoruna keçib. Serxio Peres isə yeni akkumulyator alıb. Sürücülər bu dəyişikliklərə görə cəza almayacaqlar.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*