Sauber komandası və İsveçrənin məşhur saat istehsalçısı Certina şirkəti əməkdaşlıqlarını davam etdirəcəklərini bildiriblər. 2013-cü ildə Certina-nın loqotipləri başının yan deflektorlarında və Niko Hülkenberqlə Esteban Qutyerresin şlemlərinin vizorlarında əks olunacaq. Bundan başqa, bütün komanda, o cümlədən, hər iki sürücü Certina xronometrlərindən istifadə edəcək…
Monişa Kaltenborn, komandanın başçısı: “Certina şirkəti həmişə öz işində qabaqcıl texnologiyalar tətbiq edir və biz bu ideologiyanı bölüşürük. Bizim əməkdaşlığımız 2005-ci ildən davam edir, əməkdaşlıq bizim üçün ortaq olan dəyərlər üzərində qurulub: innovasiyalar və effektivlik. Bu faktorlar Sauber-in inkişafında həlledici sayılır, bu inkişafda Certina-nın töhfəsi danılmazdır.”