Sauber sürücülərinin oturacaqları hazırlanıb

Sauber komandasının sürücüləri Markus Eriksson və Şarl Lekler Hinvildəki bazaya gedərək, oturacaq sazlanması ediblər.

F-1.az xatırladır ki, isveçrəlilər 2017-ci ildə cəmi 5 xal yığaraq mövsümü sonuncu yerdə bitirmişdilər.

Amma Sauber komandası Alfa Romeo ilə müqavilədən sonra gələcəyə ümidlə baxır. Qeyd edək ki, İsveçrə təmsilçisi birillik fasilədən sonra yenidən yeni mühərrikdən istifadə edəcəklər. Buna görə də yeni şassi üzərində işlər gedir.

2017-ci ildə komandasına 5 xal qazandıran Verlyaynı sonuncu Formula2 çempionu Lekler əvəz edəcək. Komandanın digər sürücüsü isə Eriksson qalacaq. Lekler çərşənbə günü, Eriksson isə cümə axşamı bazaya gedərək oturacaq sazlanmaları ediblər. Qeyd edək ki, daha əvvəl McLaren və Toro Rosso komandaları oturacaq sazlanması etmişdilər.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*