F-1.az xatırladır ki, isveçli sürücü sonuncu dəfə 2015-ci ilin İtaliya yarışında xal qazanıb. Eriksson bu mövsüm keçirdiyi 3 yarışdan ikisində finişə çata bilməyib.
Markus Eriksson: “Rusiya Qran Prisi həmişə maraqlı olub. Burada yarışmağı sevirəm. Trası Olimpiya Parkında qurublar və ətrafında təsiredici arenalar var. Bu trasda sürmək əyləncəlidir. Son sektor texnika tələb etdiyi üçün çox çətindir və dövrəvi nəticələrə çox təsir edir”.
Erikssonun komanda yoldaşı Paskal Verlyayn da tras barədə fikirlərini bildirib: “Rusiya QP ən gözəl yarışlardandır. Burada yarışmağı sevirəm. Bəzi döngələr texnika tələb etdiyi üçün asan tras deyil. Builki bolidlərin hesabına bəzi döngələrin daha sürətli olacağını düşünürəm. Burada çətin 90 dərəcəlik döngələr var. Soçidə yarışmaq üçün səbirsizlənirəm. Burada yerli publika məni dəstəkləyir. Moskvada DTM-də çıxış etdiyim zaman yarışmışdım. Azarkeşlər mükəmməldirlər. Buradan mənə gözəl rəsmlər və matryoşkalar gəlib. Soçidə yarışmaq üçün səbirsizlənirəm”.