Düz iki həftədən sonra Sauber komandası yeni C32 maşınını təqdim etməlidir. İsveçrə komandası qrafikə uyğun qaydada işini davam etdirir.
Hərçənd, komandanın Hinvildəki bazasının istehsal direktoru Aksel Kruze Blick qəzetinə müsahibəsində dəqiqləşdirib ki, “bizim üçün yeni mövsüm keçən ilin aprelində başlayıb…”
Amma hələ görülməli iş çoxdur, amma bazada əmindirlər ki, C32 vaxtında hazır olacaq və Xeres testlərində Niko Hülkenberq və Esteban Qutyerres uğurla onu sınayacaqlar.