F-1.az xəbər verir ki, komanda 300 işçisinin fevral ayı üçün olan maaşını hələ də tam ödəməyib. Paddokda gəzən söz-söhbətlərə görə, artıq komandanın başını qara buludlar alıb və onlar yolun sonundadırlar.
Bəhreyn Qran Prisinə gəlməyən komanda rəhbəri Monişa Kaltenborn bu problemin həlli üçün çalışırmış. Komandanın Çin Qran Prisində iştirak etməmə riskinin olduğu bildirilir.
Speed Week də komandanın problemlərinə işarə vurub: “Formula1-in ən köhnə 4-cü komandasının çox böyük problemlərinin olması artıq heç kimə sirr deyil”.
Monişa Kaltenborn: “İqtisadi vəziyyətimiz barədə heç nə deyə bilmərəm. Məyusedici bir gecikmə yaşadıq, amma bu belə qala bilməz”.
Komandanın sürücüsü Felipe Nasr da Bəhreyndə boliddən şikayət etmişdi: “Bu maşın çox pis vəziyyətdədir. Bəzi problemləri var və həll edilməlidir”.