F-1.az xəbər vermişdi ki, Sauber komandası 300 işçisinin fevral ayındakı maaşlarını ödəyə bilməyib.
Bu barədə komandanın rəhbəri Monişa Kaltenborn bildirmişdi ki, gecikmənin səbəbi xərclərin çox olması və sponsorlardan gələn pulların gecikməsidir.
Amma Sauber komandası bu gün açıqlama verib ki, onlar fevral ayının maaşlarını ödəyiblər və Avstraliya QP-də iştirak edəcəklər…