F-1.az bildirir ki, Errea Sport 1998-ci ildə İtaliyanın Torrile şəhərində qurulub və dünyanın ən məşhur idman geyimi şirkətlərindən biridir. Errea Sport futbol, basketbol, tennis və başqa idman növləri üçün idman paltarları hazırlayır. İtalyanlar Formula1-ə ilk addımlarını Sauber komandası ilə atacaqlar. İsveçrəlilər komanda geyimlərindən başqa səyahət avadanlıqlarını da Errea-dan alacaqlar. Şirkətin loqosu isə komandanın paltarlarına, səyahət avadanlıqlarına və Sauber C36-nın üstünə vurulacaq.
Sauber komandasının rəhbəri Monişa Kaltenborn yeni müqavilə barədə təəssüratlarını açıqlayıb: “Sauber komandasının yeni ortağı Errea-ya “xoş gəldin” deyirik. Errea uğurlu ailə şirkətidir və idman geyimləri bazarında önəmli yerləri var. Onlarla uğurlu əməkdaşlığın başlanmasını səbirsizliklə gözləyirik”.