F-1.az xatırladır ki, Sauber ilk testlərdə 2016-cı ilə uyğun modifikasiya edilmiş 2015-ci il bolidi ilə qoşulacaq. Bunun səbəbi komandanın maşını mövsümöncəsi ilk testlərə çatdırmaq əvəzinə, onun üzərində bir həftə çox işləyərək daha da təkmilləşdirməyi seçməsidir.
Komandanın rəsmi tvitter bloqundan verilən açıqlamada yeni maşının FİA-nın məcburi çarpma (krəş) testlərindən keçdiyi bildirilib.
Maşın martın əvvəlində – mövsümöncəsi 2-ci testlər ərəfəsində təqdim olunacaq.