Sauber-in sürücüləri Mühəndislər Kubokunda onunculuğu qoruyacaqlarına ümid edirlər

F-1.az xatırladır ki, Manor komandası Avstriyada qazandığı yeganə xalın hesabına uzun müddət Mühəndislər Kubokunda onuncu yerdə olsa da, Sauber Felipe Nasrın Braziliyada qazandığı 2 xalın hesabına Manor-u üstələmişdi.

İsveçrə komandasının sürücüləri ümid edirlər ki, onlar mövsümün son yarışı olan Əbu Dabi Qran Prisində mövqelərini qoruya biləcəklər.

Markus Eriksson: “Əbu Dabidə mövsümün son yarışı keçiriləcək. Artıq 21-ci yarışın bizi gözlədiyinə inanmaq çətindir – zaman necə də tez keçir. Əbu Dabidə həftəsonu həmişə əla keçir.Bu trasda sürmək əladır, azarkeşlər yarışa gözəl ab-hava qatırlar və maraqlı hadisələr baş verir. İstirahət günləri çox həyəcanlı keçəcək – çempionun kim olacağını biləcəyik və komandamız Mühəndislər Kubokunda onuncu yer uğrunda mübarizə aparacaq”.

Felipe Nasr: “Braziliyadakı – doğma vətəndəki yarış mənim üçün çox əla nəticələndi. Əbu Dabiyə yüksək əhval-ruhiyyə ilə gedirəm. Orada – Yaxın Şərqdə mənə çox dəstək verirlər, axı mənim ailəm Livan əsillidir. Onların adət-ənənələri, mətbəxləri mənim çox xoşuma gəlir. Mövsüm hələ başa çatmayıb və məqsədimiz Mühəndislər Kubokunda onuncluğu əlimizdə saxlamaqdır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*