Sauber-in ikinci sürücüsü kim olacaq?

Sauber komandası bu günlərdə Markus Erikssonla yeni müqavilə imzalamış, amma Nasrın komandada qalıb-qalmayacağı barədə məlumat verməmişdi.

F-1.az xatırladır ki, Felipe Nasr sponsoru Banco do Brazil ilə problem yaşayır. Buna görə də braziliyalı hazırda siyahının sonundadır. Sauber komandası onun əvəzinə Paskal Verlyaynı gətirmək istəyir. Şayiələrə görə Mercedes Motorsport-un rəhbəri Toto Volff Braziliyada Sauber-in rəhbəri Monişa Kaltenborn ilə danışıqlar aparıb.

Verlyayn həm istedadına, həm də sponsorlarına görə Sauber üçün ən əsas namizəddir. Bundan başqa Rio Haryanto da Sauber üçün əsas namizədlərdəndir. Esteban Qutyerresin də Sauber ilə danışıqlar apardığı deyilsə də, onun isveçrə təmsilçisinin heyətində yarışma ehtimalı çox aşağıdır…

, , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*