F-1.az xəbər verir ki, MotorSport.com-a danışan komandanın rəhbəri Monişa Kaltenborn deyib: “Gələn il Ferrari-nin bu il üçün hazırladığı motorun ən son versiyasından istifadə edəcəyik. Bu qərara bir müddət əvvəl gəlmişik, yeni qərar deyil. Gələn il reqlament dəyişilir və hər şey dəqiqləşməyib. Hazırda maddi cəhətdən problemimiz yoxdur və komandanı inkişaf etdirməkdəyik. Komandaya yeni insanlar cəlb edirik və inkişaf sürətimizin artmaması üçün heç bir səbəb görmürəm. Gələn il motor cəhətdən heç bir inkişaf olmayacaq. Amma şassi üzərində əldə edəcəyimiz irəliləyişlərlə bunu aradan qaldıra bilərik. Bunun düzgün addım olduğuna əminik”.