F-1.az xatırladır ki, Vassyör yayda Sauber komandasına keçdikdən sonra Ferrari ilə münasibətləri yenidən yaxşılaşdırmış və bunun nəticəsində Alfa Romeo İsveçrə təmsilçisinin titul sponsoru olmuşdu.
Frederik Vassyör: “Force İndia yaxşı modeldir. Çünki biz Ferrari ilə necə işləyiriksə, onlar da Mercedes-lə elə işləyirlər. Sürücülər, tərəfdaşlıq, mühərrik və başqa sahələrdə bizimlə eyni formada işləyirlər. Biz də onlar kimi ola bilərik. Əsas layihə bu olmalıdır.
Force İndia-nın güclənməsi vaxt apardı. Spyker olduqları dövrləri xatırlayın. Onluğa güclə düşürdülər. Uzunmüddətli layihələri oldu və ciddi idilər. İlbəil sürətləndilər və hazırda stabildirlər. Biz də eyni yolla getməliyik və səbirli olmalıyıq. Bu, 3-5 illik layihədir. Ferrari və ya Mercedes-dən mühəndis alan kimi bolid sürətlənmir. Büdcəniz yoxdursa, Mercedes-lə mübarizə apara bilməzsiniz. Amma yenə də uzunmüddətli layihəyə ehtiyacınız var. Bunu necə edəcəyinizi bilməlisiniz”.