Sauber F1 Team – C33 (video)

Bu gün Sauber komandası 2014-cü il üçün hazırladığı yeni C33 maşınını təqdime dib. Komandanın rəsmi saytında maşın haqqında qısa məlumat, […]

Bu gün Sauber komandası 2014-cü il üçün hazırladığı yeni C33 maşınını təqdime dib. Komandanın rəsmi saytında maşın haqqında qısa məlumat, onun texniki xarakteristikaları, komandanın rəhbərliyinin və sürücülərinin müsahibələri dərc olunub.

Yeni maşın ciddi görünür və bu il təqdim olunmuş əvvəlki iki maşından daha yığcam olması ilə fərqlənir, burun elementi 2014-cü ilin tələblərinə uyğun olaraq daha aşağı endirilib. Yeni maşının rəng çalarları dəyişməyib, əvvəlki kimi tünd boz rəng üstünlük təşkil edir, bu rəngin fonunda ağ zolaqlar və sponsorların qırmızı loqotipləri seçilir. Komanda təsdiq edib ki, iki test sürücü ilə əməkdaşlıq edəcək – Serqey Sirotkin və Qido van der Qarde, hollandiyalı sürücü həm də komandanın ehtiyat sürücüsü kimi elan olunub.

Monişa Kaltenborn, komandanın başçısı: “Şassinin konstruksiyasındakı ciddi dəyişiklikləri və hər şeydən əvvəl, güc qurğusunun dəyişikliklərini nəzərə almaqla əvvəlcədən bizim rəqabətədavamlılıq səviyyəmiz barədə hər hansı bir proqnoz söyləmək çox çətindir. Biz bunu yalnız mövsümöncəsi testlərin sonunda təxmin edə bilərik. Həmişə olduğu kimi bizim məqsədimiz hər iki çempionatda mövqelərimizi yaxşılaşdırmaqdır.

Bu il bizim maraqlı sürücü heyətimiz var. Bir tərəfdən, bizim heyətimizdə Adrian Sutil çıxış edəcək – o, çox təcrübəli sürücüdür. Mən şadam ki, nəhayət biz onunla işləyə biləcəyik. Digər tərəfdən, heyətimizdə Esteban Qutyerres var – o, gənc və istedadlı sürücüdür. Biz onu yaxşı tanıyırıq, o da bizi yaxşı tanıyır.”

c33-2
Yeni maşının hazırlanması zamanı Sauber komandasının mühəndisləri bir çox nüanslarla üzləşiblər – bu barədə baş konstruktor Erik Qandelin məlumat verib…

Erik Qandelin: “Reqlamentdəki cari dəyişikliklər Formula1 tarixində ən genişmiqyaslıdır, bu dəyişikliklər maşın quruculuğunun bütün aspektlərini əhatə edir. Əlbəttə, dərhal gözəçarpan dəyişiklik burun elemntidir – onun hündürlüyü qaydalarla ciddi məhdudlaşdırılıb. bunun əsas məqsədi toqquşmalar zamanı maşının uçma ehtimalını azaltmaqdır.

2.4 litrli V8 atmosfer motorlarını 1.6litrli V6 turbomotorlar əvəz ediblər – yeni motorlar daha mürəkkəb kuperasiya sistemi ilə təchiz olunublar, bu sistemin batareyaları daha iri tutumludurlar və iki elektromotorları var. Bundan başqa enerji əyləclərdən və turbinin qızmasından toplanacaq.”

sutil-1
Adrian Sutil Formula1 karyerasında birinci dəfə komandasını dəyişib. Almaniyalı sürücü komanda ilə məhsuldar əməkdaşlığa ümid edir…

Adrian Sutil: “Mən həmişə inkişafa çalışıram. Mənim karyeramda ən uğurlu il 2011-ci il olmuşdu, o zaman mən çempionatı 9-cu yerdə başa vurmuşdum, ona görə də indi məqsədim daha yüksək yer tutmaqdır. Hərçənd, qarşıdakı mövsümə proqnoz söyləmək olduqca çətindir. Baxaq görək, vəziyyət necə inkişaf edəcək. Görüləsi iş hələ çoxdur, amma mən komandaya inanıram. Biz qarşıdakı testlərdə maşının potensialını tam açmağa çalışacayıq, hazırda bu daha vacibdir.”

qutyer-1
Esteban Qutyerres üçün qarşıdakı mövsüm Formula1-də və komandada ikinci olacaq. Gənc meksikalı sürücü ümid edir ki, 2014-cü ildə komandanın lideri olacaq…

Esteban Qutyerres: “Mən komandanın lideri olmaq istəyirəm. Məni Formula1-də ikinci mövsüm gözləyir, amma 2014-cü ildə də hələ öyrənməli çox şey var. Güman edirəm ki, mıənim komandada qalmağım çox vacibdir, çünki birlikdə biz məqsədlərimizə çata bilərik. Mən sürücü kimi irəliləmək istəyirəm və mübarizəyə tam hazıram. Mövsümöncəsi testlərin startını səbirsizliklə gözləyirəm.”

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*