F-1.az xatırladır ki, Richard Mille 2001-ci ildə qurulub və o vaxtdan dünyanım ən nüfuzlu saat brendlərindən sayılır. Müqavilə çərçivəsində Richard Mille-nin loqptipləri həm Sauber C37-nin, həm də sürücü kombinezonlarının üzərində olacaq.
Frederik Vassyör: “Richard Mille ilə müqavilə bağladığımız üçün çox sevincliyik. Avtoidmanın ən yüksək pilləsində bu cür nüfuzlu brendlə işləmək həm komanda, həm də idman üçün faydalı olacaq. Yeni mövsümü səbirsizliklə gözləyirik”.