F-1.az xatırladır ki, Tim Malion Sauber-dən əvvəl Red Bull komandasında işləmişdi və yanvar ayında Sauber-də Campaolo Dallaranı əvəz etmişdi.
Autosport xəbər verib ki, Malion komandadan ayrılacaq və bu xəbər rəsmi olaraq ayın sonunda açıqlanacaq.
Bu Sauber komandasının Mark Smitdən sonra ən böyük ikinci itkisidir. Malion ayrılıq səbəbi olaraq şəxsi məsələləri göstərib.
Felipe Nasrın sabiq yarış mühəndisi Pol Russel müvəqqəti olaraq Malionu əvəz edəcək və komandanın yarış direktoru olacaq.