F-1.az xatırladır ki, isveçrəli komanda bu il cari Ferrari mühərriyindən istifadə edəcək. Ferrari sürücü proqramının ulduzu Şarl Lekler bu ildən Sauber-in şərəfini qoruyacaq.
Frederik Vassyör: “Ümumilikdə əla həftə oldu. Bolidin güclü və zəif tərəflərindən xəbərdar olduq. Hazırkı vəziyyətdən razıyıq. Heyif ki, pis havaya görə plandan daha az dövrə vurduq, amma digər komandalar da eyni vəziyyətdədirlər. Buna görə də heç nə itirmədik. Debütant sürücümüz Lekler boliddə özünü yaxşı hiss etdi və hər şeyi sürətlə öyrəndi. Eriksson ilə birgə vacib məlumatlar topladılar”.