Sauber də Formula E-də debütünü istisna etmir

Sauber komandasının başçısı Monişa Kaltenborn istisna etmir ki, gələcəkdə komandası Formula E çempionatına qoşulacaq. Onun sözlərinə görə, Sauber hələ çempionatın ilk mövsümündə çıxış etməyi planlaşdırıbmış, amma sonra bütün diqqəti Formula1-ə yönəltməyi qərara alıblar.

Monişa Kaltenborn: “Biz bu imkanı çox ciddi, lap çox ciddi nəzərdən keçirmişdik. Hələ çempionatın peyda olması barədə söz-söhbət yayılan zaman biz bu barədə düşünmüşdük. Sonra bizim üçün hətta yer də saxlamışdılar, amma bizim başqa problemlərimiz üzə çıxdığı üçün bu fikrimizdən daşınmalı olduq. Biz çox ciddi bir işə problemlərimiz ola-ola başlamaq istəmirdik.

Biz vəziyyəti diqqətlə izləməyə davam edirik, qapı üzümüzə bağlanmayıb. Formula E – gələcəkdir, biz isə hərtərəfli inkişaf etmək istəyirik. Əgər iştirakçılara şassi üzərində işləməyə icazə verilsəydi, biz çempionata daha tez öyrəşərdik, çünki bu sahədə bizim böyük təcrübəmiz var. Bu, məntiqli addım olardı: əgər siz portfelinizi böyüdə bilirsinizsə, niyə bunu etməyəsiniz?

Amma gördüyünüz kimi, ilk mövsümdə çıxış edən bəzi komandalar artıq çempionatı tərk ediblər. Hər şey məşhur simalardan başlamışdı, indi isə avtoistehsalçılar çempionata gəlirlər. Bu isə o deməkdir ki, xərclər artacaq – standart şassi ilə də xərclərin artmasını saxlamaq mümkün deyil. Tezliklə çempionata qoşulmaq çox baha olacaq…”

F-1.az xatırladır ki, iki gün əvvəl Mercedes-in 2018-ci ildə Formula E-də debüt edəcəyi xəbərləri yayılmışdı.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*