F-1.az xəbər verir ki, Claro 16 ölkədə fəaliyyət göstərən telekommunikasiya şirkəti America Movil-in törəmə şirkətlərindəndir. Xatırladaq ki, Claro 2011-2014-cü illərdə Sauber komandasının ortağı idi. Yenidən isveçrəlilərin sponsoru olan Claro-nun loqotipləri C37-nin burnuna və arxa qanadına vurulacaq.
Frederik Vassyör: “Claro ilə müqavilə bağladığımız üçün xoşbəxtik. Keçmişdə uğurlu ortaqlığımız var idi və yenidən işləyəcəyik. Növbəti addımı atacağımız üçün həyəcanlıyıq”.
Komanda İtaliyanın məşhur brendi Kappa ilə də müqavilə bağlayıb. Müqavilə çərçivəsində Kappa-nın loqotipləri C37-nin üzərində və sürücülərin kombinezonlarında olacaq.
Frederik Vassyör: “Kappa ilə müqavilə bağladığımız üçün xoşbəxtəm. Kappa dünya markasıdır və onlarla işlədiyimiz üçün xoşbəxtik”.