F-1.az xəbər verir ki, sözügedən resursda Sauber-in FİA-nın məcburi çarpma (krəş) testindən keçən ilk komanda olacağı bildirilib. Test dekabrın 19-na planlaşdırılıb.
Qeyd edək ki, geridə qoyduğumuz mövsümün əvvəlində maliyyə problemləri ilə üzləşən komanda maşını vaxtında hazırlayıb çatdıra bilməmişdi, bu problem hətta 2017-ci ilin maşınının hazırlanmasına da təsirini göstərmişdi. Komanda gələn il Ferrari-nin builki mühərriklərindən istifadə edəcək…