F-1.az xəbər verir ki, Sauber keçən həftə keçirilən ilk testlərə bu ilə uyğun modifikasiya edilmiş 2015-ci il maşını – C34 ilə çıxmışdı.
Bir qədər əvvəl komanda rəsmi internet səhifəsindən yeni maşınının şəkillərini yayımlayıb. Komanda keçənilki rəng seçiminə sadiq qalıb. Maşın Sauber C35 adlanır.
Ferrari mühərriki ilə təchiz olunan maşının texniki göstəriciləri və digər məlumatları daha ətraflı şəkildə sonra təqdim edəcəyik…