Mövsümöncəsi testlərin bu gün yarısı başa çatacaq, komandalar artıq ilkin problemləri həll ediblər, yeni maşınların etibarlılığına əmin olublar və indi sürət üzərində işə keçiblər.
Hələ dünən Sauber maşınında passiv ikiqat DRS sisteminin hava kanalı peyda olub – reqlament arxa antiqanadın hərəkətli elementinin hava axının sürəti altında açılmasına icazə verir, bu gün C32-nin arxa hissəsində məhz DRS-lə birləşən kanal görünüb. Komanda ffektiv sistemin testlərinə başlayıb.
McLaren komandası DDRS-də imtina edib, Lotus isə keçən ildən sistemin effektiv işləməsinə nail olmağa çalışır, amma digər komandalar hesab edirlər ki, başqa istiqamətlərdə daha çox inkişaf etmək olar…