Şarl Lekler: “Şəhər trasları ən çətin traslardır”

Monakolu gənc sürücünün fikrincə, Suzukanı da bu siyahıya əlavə etmək olar.

F-1.az xəbər verir ki, Şarl Lekler bunu dünya çempionatının təqvimində ən çətin traslar barədə danışarkən bildirib.

“Adətən, şəhər trasları ən çətin traslardır. Eyni sözləri, Suzuka trası barədə də demək olar. Bu trasda çox texniki ilk sektor var və əgər orada səhv burxasan, növbəti döngələrdə vaxt itirəcəksən”, – deyə Lekler qeyd edib.

O, vurğulayıb ki, Monako və Sinqapur trasları çox xoşuna gəlir: “Xüsusi ilə Sinqapur trasında yarışmaq asan deyil. Belə ki, isti havaya və süni işıqlandırmaya görə bu trasda gözlər tez yorulur. Həmin trasda yarış özü də uzunmüddətlidir. Demək olar ki, iki saat ərzində ən xırda səhvə belə yol vermək olmaz. Lakin bu çağırış mənim xoşuma gəlir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*