Şarl Lekler: Mən yeni müqavilə ilə bağlı danışıqlar aparmıram

Şarl Leklerin Ferrari ilə müqaviləsi yalnız 2024-cü ilin sonunda başa çatır, lakin artıq bir neçə aydır ki, Avropa mətbuatı moneqask sürücünün Mercedes-ə keçməsinin hipotetik ehtimalını müzakirə edir.

F-1.az-in xəbərinə görə, Skuderiya azarkeşlərini arxayın etmək üçün Şarl heç kimlə yeni müqavilə danışıqları aparmadığını bildirib.

Şarl Lekler: “Tələsmək üçün heç bir səbəbim yoxdur. Bilirəm ki, siz Mercedes-ə keçə biləcəyimdən narahatsınız, amma əslində heç kimlə danışıqlar aparmıram.

Ferrari-də özümü rahat hiss edirəm və azarkeşlərin dəstəyini hiss edirəm. Məni Ferrari ilə titul qazanmaq arzusunu həyata keçirməli olduğum ideyası ruhlandırır.

Bazar ertəsi Bəhreynə uçuram – düzünü desəm, artıq gözləyə bilmirəm. Rəqiblərlə eyni trasda üçgünlük testlərimiz var. İndi məndən yeni maşınla bağlı rəy istəməyin. Yalnız onu deyə bilərəm ki, ilk təəssürat müsbətdir, amma əsas odur ki, bizim bolid digərləri ilə müqayisədə necə görünəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*