F-1.az xəbər verir ki, söhbət Ferrari sürücüsünün qaranlıq tuneldə sürətli dövrədə olan McLaren sürücüsünü bloklamaqdan gedir.
Sıralanma turundan sonra komandaların nümayəndələri və sürücülər stüardların yanına çağırılıblar. Onların izahatları alınıb, fikirləri dinlənilib. Stüardlar insidentin videoyazısını izləyiblər, sürücülərlə mühəndislərin danışıqlarını dinləyiblər.
Yekunda stüardlar Leklerin hərəkətini potensial təhlükəli hesab ediblər və yerli sürücünü sabahkı yarışın startında 3 yer itirməklə cəzalandırıblar.
Beləliklə, moneqask yarışa 6-cı yerdən başlayacaq. İkinci cərgəni isə Esteban Okon və Karlos Sayns təşkil edəcəklər. Lyuis Həmilton da 5-ci yerdən start alacaq…