F-1.az xatırladır ki, Həmin toqquşma zamanı Serxio Peres, Karlos Sayns, Daniel Rikkardo, Pyer Qasli, Şarl Lekler, Nikolas Latifi, Antonio Covinatsi və Nikita Mazepin qoşa sarı bayraqlar yellənən zonada kifayət qədər sürətlərini azaltmayıblar.
Stüardlar 8 sürücü barədə qərarlarını açıqlayıblar.
Qərara görə, Nikita Mazepin və Nikolas Latifinin yekun nəticələrinə +30 saniyə əlavə olunub (yarışda +10 saniyələlik dayan və get cəzasının analoqu), Bundan savayı sürücülərin lisenziyasına cəza xalı da yazılıb. Beləliklə, Latifinin 6, Mazepinin cərimə balı alıb.
Stüardlar qeyd ediblər ki, digər 6 sürücü az da olsa, sürətlərini azaldıblar və təhlükəsizlik tədbirləri görüblər