F-1.az xəbər verir ki, Loqan ümid edir ki, vəziyyət yaxşılığa doğru dəyişəcək, çünki qarşıda onun yaxşı tanıdığı traslarda yarışlar olacaq…
Loqan Sarcent: “Monreal istisna olmaqla, qarşıda məni artıq yarışdığım, çıxış etdiyim və yaxşı tanıdığım traslarda yarışlar gözləyir. Mayamidən sonra İmolanın ləğvi ilə əlaqədar olaraq Monako və İspaniyadakı yarışlara hazırlaşmağa kifayət qədər vaxtımız oldu. Biz çox iş görmüşük və qarşıdakı yarışlara mümkün qədər yaxşı hazırlamışıq.
Keçən il Formula2-də Monako yarışı favoritlərimdən biri idi. Həftəsonu çox özəl idi – nəticə gözlənilən qədər yaxşı olmasa da, Monakonun atmosferindən və enerjisindən həzz almışdım.
Mən Alekslə Monako trası haqqında danışanda o dedi ki, bu dövrədə Formula2 maşını ilə Formula1 bolidi arasında sürət fərqi ağlasığmazdır. Alışmaq üçün bir neçə dövrə lazım olacaq, amma bunun üçün üç sərbəst yürüş sessiyam olacaq, çoxlu məşq edəcəyəm”.