Sarcent də yarışa pit yolundan başlayacaq

İspaniya Qran Prisi başlamazdan əvvəl Williams komandası amerikalı sürücü üçün qapalı park qaydasını pozub.

F-1.az xəbər verir ki, bu səbəbdən mövsümün debütantı pit-leyndən start alacaq. Loqanın maşınında asılqanın parametrlərini və əyləcin soyudulma sistemi dəyişib.

Xatırladaq ki, Sarcent dünənki sıralanma turunda sonuncu nəticəni göstərib.

Bir qədər əvvəl də sıralanma turunda 19-cu olmuş Şarl Leklerin pit-leyndən start alacağı dəqiqləşmişdi.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*