Sarcent: Avstraliyada çox şey öyrəndim

Sonuncu restartda Loqan Sarcent arxadan Nik de Frizə çırpılıb - amerikalı sürücü rəqibindən üzr istəyib və bu yarışın ona çox şey öyrətdiyini söyləyib.

F-1.az xatırladır ki, bu toqquşmadan sonra hər iki sürücü mübarizəni dayandırıb…

Loqan Sarcent: “Düzdür, debütant üçün bir yarışda startı üç dəfə yerinə yetirmək imkanı çox faydalıdır. Bəli, sonuncu restartda hər şey səhv oldu, lakin bu da faydalı təcrübədir.

Əyləclər və təkərlər soyuq idi, əyləc pedalına toxunan kimi qabaq təkərlər kilidləndi, maşın idarəolunmaz oldu və heç nə dəyişə bilmədim. Mən Nikdən üzr istədim. Günü belə başa vurmağı sevmirəm, son iki startda eyni yerdə əyləc basdım və sonra heç bir problem olmadı”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*