Şanxay trasın təmirinə hazırlaşır

Şanxay avtodromu təqvimə şərti daxil edilib – trası təmir və FİA-nın yeni təftişi gözləyir. Təşkilatçılar trasın bəzi sahələrinə örtüyü dəyişməlidirlər […]

Şanxay avtodromu təqvimə şərti daxil edilib – trası təmir və FİA-nın yeni təftişi gözləyir. Təşkilatçılar trasın bəzi sahələrinə örtüyü dəyişməlidirlər – keçən il sürücülər 1-ci, 8-ci və 14-cü döngələrdə hamarsızlıqdan şikayətlənmişdilər, asfalt yumşaq alt qata görə çökmüşdü.

İşlər martın sonunda baaş çatmalıdır, sonra tras təftiş olunacaq və yalnız bundan sonra yarış vaxtında (17 aprel) baş tuta bilər. Təşkilatçıların nümayəndəsi bildirib ki, heç bir problem olmamalıdır, “biz Fia ilə əməkdaşlıq edirik, federasiya bizim planı bəyənib, ona görə də Qran Pri vaxtında baş tutacaq. Hamarsızlıq isə alt qatın yumşaq olmasından əmələ gəlib, biz artıq yeddi Qran Pri və yüksək yüklənməsi olan digər idman tədbirləri keçirmişik. Bütün asfalt örtüyünü dəyişməyə ehtiyac yoxdur, sadəcə üç döngədə bu işi görəcəyik…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*