San Paulunun bələdiyyə sədri İnterlaqosu özəlləşdirməyə hazırlaşır

İnterlaqos uzun illər dövlət tərəfindən idarə edilib və bu, trasın təqvimdəki yerini möhkəmləndirib. Lakin şəhərin gələcək bələdiyyə başçısı Joau Doria trası özəlləşdirəcəyini bildirib.

F-1.az xəbər verir ki, Globo resursuna danışan Doria gələn il vəzifəyə gələndə bu işə başlayacağını bildirib: “Hər kəs üçün açıq olan İnterlaqos parkını qoruyacayıq. Təhlükəsizlik cəhətdən yeniliklər olacaq. Lakin əsas trası və kart trasını özəlləşdirməliyik. Əvvəlcədən də bildirdiyimiz kimi, səhiyyə xidmətləri və tədris üçün mərkəzlər yaradılacaq.

Formula1 və digər fəaliyyətləri davam etdirmək istəyirik. Eyni zamanda, başqa məsələlərlə də maraqlanırıq. Sərmayə qoymaq, idarə etmək kimi işləri özəl şirkət edəcək. Dövlətin müdaxiləsi olmayacaq.”

Qeyd edək ki, Braziliya Qran Prisinin gələcəyi uzun müddət müzakirə edilmiş, lakin keçən həftə açıqlanan ilkin təqvimdə trasa yer verilmişdi.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*