İnterlaqos təqvimdə qalacaq…

Bu barədə məlumatı şəhərin meri Joao Doria verib.

F-1.az xatırladır ki, İnterlaqos trasının Formula1 ilə müqaviləsi gələn ilin sonunda başa çatır. Braziliya Qran Prisinə Rio de Janeyronun ev sahibliyi edəcəyi barədə söhbətlər gəzir və 2020-ci ildən etibarən yarışın burada tikiləcək trasda keçirilmə ehtimalı barədə xəbər vermişdik.

Lakin San Paulunun meri Joao Doria bildirib ki,  Liberty Media ilə razılaşma əldə olunub və yarış bundan sonra da İnterlaqosda baş tutacaq: “Formula1 San Pauluda qalacaq, buna əmin ola bilərsiz. Rio de Janeyro da yarışı keçirməyi çox istəyir, lakin Formula1-in ora getməsinə icazə verməyəcəyik. Onsuz da, Liberty Media ilə razılaşmamız var və İnterlaqos təqvimdə qalacaq”.

Razılaşmanın detalları barədə açıqlama verilməyib, lakin yerli mətbuatın bildirdiyinə görə, 10 illik yeni müqavilə nəzərdə tutulub və noyabr ayına qədər açıqlanmalıdır. Lakin məsələ orasındadır ki, 2017-ci ildən bəri tras çempionata qatılma haqqını ödəməyib və borc artıq 30 milyon dollara çatıb.

Liberty Media bu açıqlamalarla bağlı hələ ki, mövqeyini bildirməyib.

 

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*