F-1.az avtodromun rəsmi saytına istinadən xəbər verir ki, cümə günü hava +30 dərəcəyə qədər qızacaq. Lakin nahardan sonra güclü şimal-qərb küləyi əsəcək və tufan qopacaq.
Şənbə günü hava nisbətən sərinləyəcək və temperaturların şkalası +25 dərəcədən yuxarı qalxmayacaq. Yağıntı ehtimalı 20% təşkil edir.
Əsas yarışın keçiriləcəyi bazar günü isə +22 dərəcə isti, yağıntısız və quru hava gözlənilir.
Xatırladaq ki, keçən il cümə günü sıralanma turu yaş, qalan sessiyalar isə quru asfaltda baş tutmuşdu.