F-1.az xatırladır ki, cümə günü baş tutan ilk sərbəst yürüşlərdə Serxio Peres hamıdan üstün olub. Dəyişkən hava şəraitinin damğa vurduğu sıralanma turunda isə heç kimin gözləmədiyi halda Kevin Maqnussen həm özünə, həm də komandası Haas-a ilk poulunu qazandırıb. Çox əhəmiyyət daşımayan dünənki ikinci məşqlərə isə Esteban Okon liderlik edib. Sprint yarışı da maraqlı alınıb – Maqnussen arxadakı rəqiblərinə bir-bir keçilib, Ferstappen xeyli vaxt lider olaraq getsə də, dördüncü yerdə fini görüb. Corc Rassell karyerasında ilk dəfə sprint yarışının qalibi olub.
Pirelli buraya Hard, Medium və Soft rolunda orta triosunu – C2, C3 və C4 tərkiblərini gətirib. Yarışa Elbon sərt, Lekler, Sayns, Maqnussen, Şumaxer, Stroll, Alonso, Latifi və Tsunoda orta, qalanları isə yumşaq təkərlərlə başlayıb.
Startda Rassell liderliyini qoruyub saxlayıb. Norris Lekleri qabaqlayıb. Rikkardo Maqnussenlə təmas yaşayaraq onu fırlanıb, danimarkalı sürücünün maşını da onun maşınına çırpılıb və nəticədə hər ikisi yarışı dayandırmalı olub. Avstraliyalı sürücü finişdən sonra stüardlar tərəfindən növbəti yarışın startında 3 yer itirməklə cəzalandırılıb. Təhlükəsizlik Maşını trasa daxil olub. TM arxasında ilk onluq: Rassel – Həmilton – Ferstappen – Peres – Norris – Lekler – Sayns – Fettel – Qasli – Şumaxer.
Elbon 5-ci dövrədə Medium təkərə keçib. Restart 6-cı dövrədə verilib, Rassell yenə yerini qoruyub. Ferstappen Həmiltona hücumlar edib və insident yaşanıb, hər iki sürücü geriyə düşüb. Stüardlar Maksa 5 saniyəlik cəza veriblər. Norrislə Lekler də insident yaşayıb, Lekler trasdan çıxıb yerində fırlansa da, geri qayıda bilib. Norris də Maks ilə eyni cəzanı alıb.
Ferstappen və Lekler pit-stop edərək ön qanadlarını dəyişiblər. Maks 17-ci, Şarl isə son sırada trasa qayıdıb. Bottas 12-ci dövrədə Strollu qabaqlayıb. İki dövrə sonra Həmilton Fetteli, Alonso isə Strollu geridə qoyub. Alonso pit-stop edib, Lyuis Norrisi də keçərək dördüncü yerə qalxıb. Çjou Strollu, Fettel Norrisi, Bottas isə Şumaxeri keçib. Çjou da pit-stopa çağrılıb.
18-ci dövrədə Sayns pit-stop edib – əyləc kanalında vizor plyonkasının ilişib qalması səbəbindən cüzi nasazlıq yaşanıb. Ferstappen Latifini ötərək 14-cü yerə qalxıb, Qasli təkərlərini dəyişib. Tsunoda və Latifi pit-stop edərkən Sayns Strollu üstələyib. 24-cü dövrədə Peres və Ferstappen, 25-də Rassell, Norris, Bottas, Okon, Şumaxer, 26-da Elbon, 27-ci dövrədə isə Fettel pit-stop edib.
Okon Çjounu, Bottas isə Qaslini ötüb. Fransız sürücü Fetteldən də geri qalıb. Həmilton və Stroll 29-cu dövrədə pit-stopa yollanıblar. 30-cu dövrədə ilk onluq: Rassell – Peres – Sayns – Həmilton – Alonso – Bottas – Fettel – Okon – Qasli – Norris.
Stroll və Ferstappen Tsunodanı geridə qoyublar. Lekler Şumaxeri keçərək 12-ci yerə qalxıb. Alonso, Qasli və Sayns növbəti dəfə təkər dəyişiblər. Ferstappen Strollu keçib, Çjou təkərlərini dəyişməyə çağrılıb, Alonso isə Tsunodanı ötüb. Yapon sürücü də pit yoluna üz tutub.
Alonso Stroll, Lekler Norrisi üstələyib. Həmilton 45-ci dövrədə Peresi keçərək ikinci yerə yüksəlib. Lekler, Bottas, Fettel və Norris 46-cı dövrədə yenə təkər dəyişiblər. Onlara sonrakı dövrələrdə Şumaxer, Peres, Okon, Həmilton, Elbon, Ferstappen, Stroll və Rassell qoşulublar. 50-ci dövrədə ilk onluq: Rassell – Sayns – Həmilton – Peres – Alonso – Bottas – Fettel – Lekler – Okon – Qasli.
Lekler Fetteli 51-ci dövrədə keçib. Norrisin maşını 52-ci dövrədə güc qurğusundakı problemə görə 10-cu döngənin çıxışında dayanıb. Əvvəlcə VTM rejimi elan olunub, daha sonra isə TM trasa çıxıb. İlk onluqdan yalnız Peres və Fettel orta təkərlərlə davam ediblər, qalan sürücülər isə yumşaq təkərlərə keçib. Restart 59-cu dövrədə elan edilib. Rassell yerini verməyib, Lekler Bottası, Okon Fetteli, Alonso isə Okonu qabaqlayıb. Fernando 2 dövrə sonra Bottası da keçib.
Okon Ferstappen və Bottasa da boyun əyib, Sayns isə Peresi ötərək üçüncü yerə qalxıb. Lekler və Alonso orta təkərlərdə qalmış Peresi üstələyiblər. Stroll da eyni vəziyyətdə olan komanda yoldaşı ilə mübarizədən qalib ayrılıb. Komanda Peresdən Ferstappeni irəli buraxmasını xahiş edib ki, Maks Alonsonu qabaqlasın. Əgər nəticə uğursuz olarsa, ona yerinin qaytarılacağı bildirilib. 67-ci dövrədə ilk onluq: Rassell – Həmilton – Sayns – Lekler – Alonso -Ferstappen – Peres – Okon – Bottas – Stroll.
Lekler komandadan bir neçə dəfə Saynsın onu önə buraxmasını xahiş edib, lakin aralarındakı interval çox olub. Ferstappen də Alonsonu keçə bilməyib. Komanda ondan yerini qaytarmasını xahiş edib, Maks isə onlardan bir daha belə xahişlərlə müraciət etməmələrini istəyib. Finişdən dərhal sonra Qasli pit yolunda sürət həddini aşdığı üçün 5 saniyəlik cəza alıb.
Corc Rassell mövsümdə və karyerasında ilk qələbəsini qazanıb. Bu, həm də Mercedesin cari ildə ilk zəfəri olub. Lyuis Həmiltonun ikinciliyi də komandaya mövsümdə ilk qələbə dublunu gətirib. Podiumun son pilləsinə isə Karlos Sayns qalxıb.
Mövsüm gələn həftəsonu Əbu Dabidə başa çatacaq…
Yer | N | Sürücü | Komanda | Zaman/Fərq | Pit |
1 | 63 | Corc Rassell | Mercedes | 2 | |
2 | 44 | Lyuis Həmilton | Mercedes | + 0:01.529 | 2 |
3 | 55 | Karlos Sayns | Ferrari | + 0:04.051 | 3 |
4 | 16 | Şarl Lekler | Ferrari | + 0:08.441 | 3 |
5 | 14 | Fernando Alonso | Alpine | + 0:09.561 | 3 |
6 | 1 | Maks Ferstappen | Red Bull | + 0:10.056 | 3 |
7 | 11 | Serxio Peres | Red Bull | + 0:14.080 | 2 |
8 | 31 | Esteban Okon | Alpine | + 0:18.690 | 2 |
9 | 77 | Valtteri Bottas | Alfa Romeo | + 0:22.552 | 2 |
10 | 18 | Ləns Stroll | Aston Martin | + 0:23.552 | 2 |
11 | 5 | Sebastyan Fettel | Aston Martin | + 0:26.183 | 2 |
12 | 24 | Quanyu Çjou | Alfa Romeo | + 0:29.325 | 2 |
13 | 47 | Mik Şumaxer | Haas | + 0:29.899 | 2 |
14 | 10 | Pyer Qasli | AlphaTauri | + 0:31.867 | 3 |
15 | 23 | Aleksander Elbon | Williams | + 0:36.016 | 3 |
16 | 6 | Nikolas Latifi | Williams | + 0:37.038 | 3 |
17 | 22 | Yuki Tsunoda | AlphaTauri | +1 dövrə | 3 |
* – Pit yolunda sürət həddini aşdığı üçün Qaslinin nəticəsinə 5 saniyə əlavə edilib.
Sürətli dövrə: Corc Rassell (Mercedes) – 1:13.785 (61-ci dövrə, 210.237 km/s)
MÜBARİZƏNİ DAYANDIRANLAR:
Sürücü | Komanda | Dövrə | Səbəb |
Lando Norris | McLaren | 52 | güc qurğusu |
Kevin Maqnussen | Haas | 1 | qəza |
Daniel Rikkardo | McLaren | 1 | qəza |
SÜRÜCÜLƏRİN ÇEMPİONATI:
Yer | N | Sürücü | Ölkə | Komanda | Xal |
1 | 1 | Maks Ferstappen | Red Bull Racing | 429 | |
2 | 16 | Şarl Lekler | Scuderia Ferrari | 290 | |
3 | 11 | Serxio Peres | Red Bull Racing | 290 | |
4 | 63 | Corc Rassell | Mercedes-AMG Petronas F1 Team | 265 | |
5 | 44 | Lyuis Həmilton | Mercedes-AMG Petronas F1 Team | 240 | |
6 | 55 | Karlos Sayns | Scuderia Ferrari | 234 | |
7 | 4 | Lando Norris | McLaren Racing | 113 | |
8 | 31 | Esteban Okon | Alpine F1 Team | 86 | |
9 | 14 | Fernando Alonso | Alpine F1 Team | 81 | |
10 | 77 | Valtteri Bottas | Alfa Romeo F1 Team ORLEN | 49 | |
11 | 5 | Sebastyan Fettel | Aston Martin Aramco Cognizant F1 Team | 36 | |
12 | 3 | Daniel Rikkardo | McLaren Racing | 35 | |
13 | 20 | Kevin Maqnussen | Haas F1 Team | 25 | |
14 | 10 | Pyer Qasli | Scuderia AlphaTauri | 23 | |
15 | 18 | Ləns Stroll | Aston Martin Aramco Cognizant F1 Team | 14 | |
16 | 47 | Mik Şumaxer | Haas F1 Team | 12 | |
17 | 22 | Yuki Tsunoda | Scuderia AlphaTauri | 12 | |
18 | 24 | Quanyu Çjou | Alfa Romeo F1 Team ORLEN | 6 | |
19 | 23 | Aleksander Elbon | Williams Racing | 4 | |
20 | 6 | Nikolas Latifi | Williams Racing | 2 | |
21 | 34 | Nik de Vriz | Williams Racing | 2 |
MÜHƏNDİSLƏR KUBOKU:
Yer | Komanda | Motor | Xal |
1 | Oracle Red Bull Racing | Red Bull | 719 |
2 | Scuderia Ferrari | Ferrari | 524 |
3 | Mercedes-AMG Petronas F1 Team | Mercedes | 505 |
4 | Alpine F1 Team | Renault | 167 |
5 | McLaren F1 Team | Mercedes | 148 |
6 | Alfa Romeo F1 Team ORLEN | Ferrari | 55 |
7 | Aston Martin Aramco Cognizant F1 Team | Mercedes | 50 |
8 | Haas F1 Team | Ferrari | 37 |
9 | Scuderia AlphaTauri | Red Bull | 35 |
10 | Williams Racing | Mercedes | 8 |