San Paulu-2022: Mətbuat konfranslarının cədvəli

Braziliyada FİA-nın rəsmi mətbuat konfransları ənənəvi olaraq cümə axşamı baş tutacaq.

F-1.az xəbər verir ki, sürücülər həmişəki kimi, dörd qrupa bölünəcəklər – iki qrup mətbuat mərkəzində yazan jurnalistlərin suallarını cavablandıracaq, iki qrup isə televiziya kameraları qarşısına keçəcək.

Mətbuat mərkəzinə yollanacaq birinci qrupa Valtteri Bottas (Alfa Romeo), Pyer Qasli (AlphaTauri), Karlos Sayns (Ferrari), Serxio Peres (Red Bull) və Aleks Əlbon (Williams) daxildir.

İkinci qrupda isə Esteban Okon (Alpine), Ləns Stroll (Aston Martin), Kevin Maqnussen (Haas), Lando Norris (McLaren) və Maks Ferstappen (Red Bull) yer alacaqlar.

Cümə axşamı qalan sürücülər telejurnalistlərin ixtiyarında olacaqlar.

Cümə gününə rəsmi mətbuat konfransları nəzərdə tutulmayıb, lakin şənbə günü komandaların nümayəndələri mətbuat mərkəzinə gələcəklər.

İlk olaraq Tom MakKallaou (Aston Martin), Pol Monagan (Red Bull) və Fransua Ksavye Demezon (Williams), daha sonra Otmar Safnauer (Alpine), Günter Ştayner (Haas) və Andreas Zaydl (McLaren) jurnalistlərin qarşısına çıxacaqlar.

Sıralanma turu və yarışdan sonra günün ən yaxşı üçlüyü mətbuat mərkəzində jurnalistlərin suallarını cavablandıracaq.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*