San Paulu-2022: Həftəsonuna hava proqnozu

Son hava proqnozu San Pauluda həftəsonuna isti hava vəd edir, amma hər gün leysan da ola bilər...

F-1.az xəbər verir ki, cümə günü havanın hərarəti +27C-yə çatsa da, gündüz saatlarında leysan yağışın ehtimalı olduqca yüksəkdir.

Şənbə günü hava bir qədər sərinləyəcək, termometrlər gündüz +25C göstərəcklər, lakin yağıntı ehtimalı isə 85%-ə qədər olacaq.

Bazar günü temperatur ən yüksək həddə +28C-yə çatacaq, gündüz isə güclü yağış gözlənilir.

Bir daha xatırladaq ki, ötən il San Paulu Qran Prisinin bütün sessiyaları quru trasda keçirilmişdi.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*