F-1.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, birinci döngənin çıxış zonasının sonunda təkərlərlə örtülmüş beton divar peyda olub.
6-cı və 7-ci döngələr arasındakı çıxış zonasında sol tərəfdə yeni polad baryer quraşdırılıb. 10-14 döngələr arasındakı sahədə yeni tribunalar qarşısında polad baryer və qoruyucu tor quraşdırılıb. Əsas düzlüyün sağ tərəfində akvaplanlamanın qarşısını almaq üçün novçalı örtük döşənib
İki müstəqil DRS zonası əvvəlki yerində qalıb. Onlardan birincisinin avtomobillər arasındakı intervalın ölçülməsi (deteksiya) nöqtəsi 2-ci döngənin apeksində, aktivləşmə (aktivasiya) nöqtəsi isə 3-cü döngədən otuz metr sonra yerləşir.
İkinci DRS zonasının deteksiya nöqtəsi 13-cü döngədən otuz metr sonra, aktivasiya nöqtəsi isə 15-ci döngədən 160 metr əvvəl yerləşir.