F-1.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, onunla birlikdə bu həftəsonu mübahisəli insindetləri Almaniya DMSB assosiasiyasının nümayəndəsi Gerd Ennzer və Belçika federasiyasının nümayəndəsi Metyu Remmeri təhlil edəcək.
Yerli federasiyanı keçmiş Formula1 və CART pilotu Roberto Moreno təmsil edir.
2022-ci ildə Mika Salo İmola, Bakı, Monza və Suzukada, Derek Vorvik Bəhreyndə, Monakoda, Macarıstanda və Sinqapurda, Denni Sullivan Mayamidə və Böyük Britaniyada, Emanuele Pirro Kanada və Niderlandda, Enrike Bernoldi Səudiyyə Ərəbistanı, Avstraliya, Fransa, Belçika və ABŞ-də və Vitantonio Liuzzi Mexikoda FİA tərəfindən dəvət olunmuş 3-cü stüard kimi çalışıblar.