Force İndia komandası yeni maşınını iki mərhələdə təqdim edib – yanvarın 22-də komandanın mətbuat xidməti yeni maşının ilk rəsmlərini yaymışdı, bu gün isə Xers testlərinin ilk günündə komanda yeni VJM07-ni “canlı” olaraq təqdim edib.
Bir həftə əvvəl yayılmış rəsmlərdə burun elementi dəqiq seçilmirdi, ona görə də bu gün məhz bu element əsas müzakirə obyektinə çevrilib – komandanın mühəndisləri maarqlı radikal variant seçiblər.
Vicey Malya, komandanın sahibi və başçısı: “VJM07 əla görünür, yeni rəng çalarları Force İndia-nın təkamülündən xəbər verirlər. Mən həmişə bizim maşınları ən gözəl hesab etmişəm, amma əsas rənglərə qara rəngin əlavə olunması maşının görünüşünü daha aqresiv edib.
Mövsümlərarası fasilə bizim üçün zəngin olub, xüsusən də texniki və kommersiya cəbhələrində. Mən komandanı təsis edəndə istəyridim ki, Formula1-də ilk Hindistan komandası peyda olsun, amma bizim inkişafımızdakı növbəti addım qlobal brendin hazırlanması olmalıdır. Düşünürəm ki, bizim tərəfdaşlarımızın, sponsorlarımızın artması düzgün istiqamətdə irəliləməyimizdən xəbər verir. Mənə elə gəlir ki, 2014-cü il bizim üçün ən uğurlu il olacaq.
Yeni reqlament qarşımıza ciddi vəzifələr qoyur və mən fəxr edirəm ki, bizim texniki departamant üzərinə düşən vəzifənin öhdəsindən əla gəlib. Maraqlıdır ki, müxtəlif komandalar yeni qaydaları müxtəlif cür reallaşdırıblar – ona görə də hazırda kimin güclü olmasını öncədən söyləmək mümkün deyil.”
Əndryu Qrin, texniki direktor: “Maşının hər bir elementi yenidən işlənib, ön antiqanaddan diffuzora qədər. Genetik olaraq VJM07 keçənilki maşınla bağlıdır, amma biz son məhsula fərqli yolla getməli olduq. Daha çətin vəzifə isə hazırladığımız şassi ilə aldığımız güc qurğusunu inteqrə etmək idi, çünki reqlament ciddi dəyişikliklərə uğrayıb.
Əlbəttə, yeni maşında ən problemli sahə soyutma sistemidir və bu problemin həlli ilə biz keçən ilin yayından məşğul olmağa başalmışdıq. Yeni güc qurğusunun soyuması tam fərqlidir və şassinin daxilində də fərqli yerləşmə tələb edir.”
Niko Hülkenberq: “Bizi maraqlı mövsüm gözləyir və heç kim bilmir ki, mövsümün sonu necə olacaq. Bir çox suallara cavab vermək lazım gələcək və mənə maraqlıdır ki, bizim yeni maşın nəyə qadir olacaq. Əlbəttə, komandamız kimi məni də, hər bir sürücünü də reqlamentin belə ciddi dəyişikliyi çox narahat edir və biz səbirsizliklə yeni mövsümü gözləyirik.
Yeni motor necə çalışacaq, ilişmə səviyyəsi necə olacaq, maçşının sürəti nə qədər azalacaq? Bu sulallar məni ilk növbədə narahat edirlər və ilk testlərin startna qədər mən bu suallara cavab verə bilməyəcəm. Amma Xeresdə hələ bir çox suallar cavabsız qalacaq. Bir çox şeyi biz Bəhreyn testlərdində və ya ilk yarışdan sonra biləcəyik.”
Serxio Peres: “Mən çox həyəcanlanmışam. Mən yeni komandaya keçmişəm və bu keçid Formula1 tarixində ən ciddi dəyişikliklər dövrünə təsadüf edir. Hesab edirəm ki, bu keçid mənim üçün əla şans ola bilər. Mövsümöncəsi testləri yaxşı keçirmək olduqca vacibdir. Yeni güc qurğusundan və maşından maksimum yararlanmağa çalışacam. Mən hesab edirəm ki, qarşıdakı testlərdə hamı yalnız etibarlılıq üzərində işləyəcək. Səbirsizliklə ilk testləri, ilk yarışı gözləyəcəm.”