Safnauerin Ferrari ilə yaxınlığı var?

Alpine komandasının rəhbərinin Mayami Qran Prisi zamanı Ferrari-nin motorhomunda görüldüyü bildirilir.

F-1.az xəbər verir ki, bu barədə köşə yazarı Tom Klarkson məlumat verib.

Tom Klarkson: “Maraqlısı odur ki, Pedro de la Rosa ilə Mayami Qran Prisində paddokda olarkən, bir anda Otmar Safnauerin bir neçə dəfə Ferrari motorhomuna necə girib-çıxdığını gördük. Görəsən, bu nə deməkdir?..”

Xatırladaq ki, rumın əsilli amerikalı mütəxəssisin işləri heç də qaydasında getmir və ətrafında bir çox neqativ söhbətlər dolaşır. Belə ki, Mayami QP ərəfəsində Alpine rəhbəri Loran Rossi komandanın cari mövsümdə aldığı nəticələrdən çox narazı olduğunu açıqca bildirmiş, bütün bunlarda da baş günahkar kimi Otmarı elan etmişdi.

Bəzi mənbələr Alpine-nin artıq yeni rəhbər axtardığını, namizədlər arasında Erik Bulye və Mattia Binottonun da olduğunu bildirir. Şayiələr reallaşarsa, Safnauerin F1-dəki gələcək karyerası həm təhlükə altına düşür, həm də böyük sual doğurur…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*