Safnaueri Bulye əvəzləyəcək?

Mayamidə keçirilən yarış həftəsonu zamanı Alpine şirkətinin baş direktoru Loren Rossi ilə komanda lideri Otmar Safnauer arasında münaqişə ictimailəşib.

F-1.az xatırladır ki, Rossi komandanın mövsümün ilk yarışlarında əldə etdiyi nəticələrdən narazıdır və buna görə açıq şəkildə Safnaueri günahlandırır.

Məsələdən yaxşı məlumatlı britaniyalı jurnalist Co Savar yazır ki, Alpine artıq komanda rəhbəri vəzifəsinə namizədləri nəzərdən keçirməyə başlayıb və ərizəçilər siyahısına komanda Renault/Lotus adlanarkən rəhbərlik etmiş fransız Erik Bulye də var.

Co Savar: “Komanda ilə bağlı problem Alpine bosslarının görmək istədiyi səviyyədə çıxış etməməsidir. Rossi aydın şəkildə bildirdi ki, ona nəticələr lazımdır, yoxsa işlərini itirəcəklər. Ancaq bunu etmək ən çox istədiyini şey deyil, çünki hər şeyi düzəltməlisiz deyir. Deməli, məsul şəxslərin hələ vaxtı var.

Bununla belə, artıq mümkün əvəzetmələrlə bağlı söz-söhbətlər var, lakin Alpine-nin problemi var – bir vaxtlar bir neçə ən yaxşı namizəd komandadan qovulub və onların geri qayıtmaq istəməsi ehtimalı azdır. Bu isə o deməkdir ki, potensial namizədlər fondu çox azdır. Erik Bulyenin adının çəkildiyini eşitmişəm.

Eyni zamanda səhmdarların çox narazı olduğu McLaren-in nəticələri də düzəlməzsə, orada da böyük dəyişikliklərin olacağı deyilir. Bunlar hamısı hazırda şayiədir, amma reallıqda nə olacağını görəcəyik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*