F-1.az Racingnews365-ə istinadən bildirir ki, komandanın başçısı rəhbərinin sözlərinə münaibəsini bildirib.
Otmas Safnauer: “Qəzetlərdə bu cür şərhləri oxumaq bizə əlavə təzyiq göstərmir, çünki bütün komanda artıq trasda uğur qazanmaq istəyir. Bizim təcrübəli mexaniklərimiz, ən yüksək səviyyəli mühəndislərimiz var, özümüz özümüzə təzyiq yaradırıq və hər şeyi düzəltmək istəyirik.
Onun niyə belə şərhlərə yol verdiyini bilmirəm. Özündən soruşun, amma mən də onunla danışacam və suallar verəcəm. Bu həftəsonu məşğul idim və imkanım yox idi.
Bakıda öz imkanlarımızdan aşağı çıxış etdik, Avstraliyada sürücülərimiz bir-birinə çırpıldı, ilk yarışda Esteban startda səhv yer tutduğuna görə cəzalanldıq. Komanda mövsümə ən yaxşı şəkildə başlamadı başlamadı, ola bilsin ki, bun görə belə fikirlər səsləndirdi.
Problemlər yarananda, Bakıda olduğu kimi, bizim edə biləcəyimiz tək şey baş verənlərin səbəbini müəyyən edib prosesi dəyişmək və ya insanları düzgün mövqelərə oturtmaqdır ki, belə hallar bir daha təkrarlanmasın”.